Veteninfo.az xarici KİV-ə istinadən bildirir ki, hökumət koronavirus əleyhinə vaksinasiya üçün həvəsləndirmə proqramının müddətini uzadıb və əhatə dairəsini genişləndirib. Yeni qərara əsasən, peyvənd olunanlara 200 lari (110 AZN) məbləğində ödəniş olacaq. Qərar yanvar ayından qüvvəyə minəcək. Qeyd edək ki, qərar əvvəlcə yalnız 60 yaşdan yuxarı vətəndaşlara aid edilmişdi.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Dubaydan Bakıya yola düşən (J2-012 reysi) təyyarəsinin uçuşu texniki səbəblərə görə gecikir.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı AZAL məlumat yayıb. Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.
Qeyd edək ki, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq yemək və alkoqolsuz içki ilə təmin ediləcək.