Yaxın Şərqdə davam edən münaqişə fonunda dünya birjalarında xam neftin qiymətində artım müşahidə olunur. Son ticarət əməliyyatlarının nəticələrinə əsasən, “Brent” markalı neftin qiyməti bir barel üçün 112.6 dollar (+4.22%), ABŞ mənşəli WTI xam neftinin qiyməti isə 99.64 dollar (+5.46%) təşkil edib.
Vətəninfo.az xəbər verir ki, qlobal bahalaşma Gürcüstan bazarına da təsir göstərib. Son iki həftə ərzində ölkədə müxtəlif növ yanacağın qiyməti 40–50 tetri, son bir həftədə isə əlavə olaraq 10–15 tetri artıb.
Hazırda aparıcı yanacaqdoldurma məntəqələrində qiymətlər (təxminən AZN ilə) belədir:
Gulf:
G-Force Super – 3.83 lari (≈ 2.37 AZN)
G-Force Premium – 3.43 lari (≈ 2.13 AZN)
G-Force Euro Regular – 3.29 lari (≈ 2.04 AZN)
Euro Regular – 3.27 lari (≈ 2.03 AZN)
G-Force Euro Diesel – 3.67 lari (≈ 2.28 AZN)
Euro Diesel – 3.57 lari (≈ 2.21 AZN)
Wissol:
Eco Super – 3.82 lari (≈ 2.37 AZN)
Eco Premium – 3.42 lari (≈ 2.12 AZN)
Eco Diesel – 3.72 lari (≈ 2.31 AZN)
Euro Diesel – 3.67 lari (≈ 2.28 AZN)
Euro Regular – 3.27 lari (≈ 2.03 AZN)
SOCAR:
Nano Super – 3.72 lari (≈ 2.31 AZN)
Nano Premium – 3.40 lari (≈ 2.11 AZN)
Nano Euro Regular – 3.24 lari (≈ 2.01 AZN)
Euro 5 Diesel – 3.50 lari (≈ 2.17 AZN)
Nano Euro 5 Diesel – 3.60 lari (≈ 2.23 AZN)
Rompetrol:
Efix Super – 3.80 lari (≈ 2.36 AZN)
Efix Euro Premium – 3.43 lari (≈ 2.13 AZN)
Euro Regular – 3.27 lari (≈ 2.03 AZN)
Efix Euro Diesel – 3.65 lari (≈ 2.26 AZN)
Euro Diesel – 3.60 lari (≈ 2.23 AZN)
Portal:
Super – 3.24 lari (≈ 2.01 AZN)
Premium – 3.09 lari (≈ 1.92 AZN)
Euro Regular – 2.89 lari (≈ 1.79 AZN)
Euro Diesel – 3.69 lari (≈ 2.29 AZN)
Effektiv Diesel – 3.49 lari (≈ 2.16 AZN)
Mütəxəssislər bildirirlər ki, beynəlxalq bazarda neft qiymətlərindəki artım davam edərsə, region ölkələrində yanacağın bahalaşması da davam edə bilər.


























