image-1backend

Gürcüstanda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

image-reklam_sirab_01

Gürcüstanda 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Tbilisidə Azərbaycan Səfirliyində təşkil edilən tədbirdə Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, SOCAR prezidenti Rövnəq Abdullayev, eləcə də diplomatik korpusun nümayəndələri, gürcü din xadimləri, Gürcüstan və Azərbaycan parlamentinin üzvləri, iş adamları, ictimai-siyasi xadimlər iştirak ediblər.Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Faiq Quliyev bildirib ki, Azərbaycan 44 günlük müharibə nəticəsində beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edib, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış 4 qətnaməsini yerinə yetirib.

Səfir müharibə zamanı Azərbaycana göstərdiyi həmrəylik və mənəvi dəstəyə görə Gürcüstan hökumətinə və xalqına, Gürcüstanda yaşayan azərbaycanlılara təşəkkür edib.

O qeyd edib ki, postmünaqişə dövrünə aid sülh təşəbbüsləri regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir və bu baxımdan Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin BMT kürsüsündə, eləcə də müxtəlif beynəlxalq səviyyələrdəki fəaliyyəti böyük əhəmiyyət daşıyır.

Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan Prezidenti Gürcüstana və onun xalqına böyük hörmət bəsləyir və ötən illər ərzində iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edib.

“Gürcüstana qoyulan investisiyanın həcmi 1,2 milyard dollara çatıb”, – SOCAR Prezidenti vurğulayıb.

R. Abdullayev SOCAR-ın fəaliyyəti sayəsində Gürcüstanda qazlaşdırmanın səviyyəsinin 90 faizə çatdırıldığını və bunun qaz idxal edən ölkələrlə müqayisədə unikal göstərici olduğunu qeyd edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki