image-27backend

Hacıqabulda oğurluq edən şəxslər saxlanılıb

image-reklam_sirab_01

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki nəfər şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəşad Həsənov və Sabirabad rayon sakini Tural Şotayev saxlanılıblar.

Həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb.

Belə ki, T.Şotayevin ətrafında aparılan tədbirlərlə onun Bakı şəhəri ərazisində yerləşən mağazaların birindən 1 310 manat pul oğurladığı, R.Həsənovun isə narkotik maddələrin satışı ilə məşğul olduğunu müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf ediblər.

Faktlarla əlaqədar Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image