image-elnare-cebrayilovabackend

Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyət daşıyır.

image-reklam_sirab_01

44 günlük Vətən Müharibəsində şanlı Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işgal altında qalan topraqlarımızı azad etməklə son 200 illik tariximizdə ən böyük uğura imza atmış oldu.

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən atılan, bu gün də onun layiqli davamcısı cənab İlham Əliyevin uğurlu siyasəti ilə sürətlə inkişaf edən ölkəmizin nüfuzu beynalxalq siyasi arenada hər gün daha da artmaqdadır. Öncədən düşünülmüş siyasət, sürətli inkişaf, ordu quruculuğu sahəsində qısa müddət ərzində əldə edilmiş böyük nailiyyətlərlə xalqımız tarixi qələbə qazandı .Bu qələbədə ən böyük faktor İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Ordumuzun əldə etdiyi hər bir nailiyət qazanılan qələbədə çox böyük əhəmiyyət kəsb edir. Bu nailiyətlərdən biri də Hadrutun işgaldan azad edilməsidir. Və bu gün Cənab Prezidentin Hadrutda hərbi hissənin acılışını etməsi tarixi bir hadisədir.

Hadrut işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsidir. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyət daşıyır. Qələbə ilə nəticələnən bu əməliyyat ordunun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu kükrətdi. Azərbaycan əsgəri inandı və ictimaiyyəti inandırdı ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir .Hadrutdan 8 gün sonra Füzuli azad edildi, bundan bir neçə gün sonra Zəngilan, Qubadlı və Laçının cənub hissəsi işğaldan azad olundu və Ordumuz faktiki olaraq Laçın dəhlizini nəzarət altına aldı.

Strateji qəsəbənin işğaldan azad edilməsi müharibə zamanı gələcək planlara əlavə dəstək kimi qiymətləndirilir. Əgər Hadrut işğalçılardan azad edilməsəydi gələcək əməliyyatlar daha böyük çətinliklərlə üzləşə bilərdi. Daha sonra Azərbaycanın qəhrəman övladları  yüngül silahlarla qayalara dırmaşaraq Qarabağın tacı olan Şuşanı işğaldan azad etdi  və  Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında müzakirələr və təhlillər aparılır.

Son illər ərzində Azərbaycan ərazisinin bir çox yerlərində yeni hərbi hissələr, hərbi şəhərciklər salınır, ordu quruculuğu istiqamətində işlər aparılır, hərbi hissələr yaradılır və artıq Azərbaycanın bütün bölgələrində hərbi hissələrın lazımi standartlara cavab verdiyini görürük. Əminliklə deyə bilərik ki, müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar əsasında artıq Azərbaycana ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir.  Hərbi texnikaların alınması, hərbi xərclərin, həmcinin hərbçilərin də maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da ordu quruculuğu prosesi davam edir. Və bu proses ordunun döyüş qabiliyyətinin, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə xidmət edir. Müharibədən sonra dövlətimizin orduya diqqət və qayğısı daha da artmışdır.

Bu gün hərbçilərimizin sosial-məişət problemlərinin həlli istiqamətində bir cox  tədbirlər görülür. Belə ki, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur və cari ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillərin verilməsi nəzərdə tutulur. Beləliklə , Azərbaycan ordusunun nizami ordu kimi formalaşma prosesi uğurla davam etdirilir.

Bu gün qurur hissi ilə deyə bilərik ki,ordumuz dünyanın güclü orduları sırasında   öz layiqli yerini tutmuşdur və ordumuz dünyada müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınmaqdadır.

 

 

Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elnarə Cəbrayılova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki