image-turkan-bayramovabackend

Hadrut əməliyyatından sonra Azərbaycan ordusu şərəfli missiyasını davam etdirdi

image-reklam_sirab_01

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəldilər. Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidini ziyarət etdilər. Daha sonra isə Prezident İlham Əliyev Şuşanın məşhur Cıdır düzündə çıxış etdi.
Cənab Prezident öz doğum günlərini, həyatındakı əlamətdar günləri xalqı ilə keçirməyə üstünlük verir. Özünün də dediyi kimi, 50 yaşını Ağcabədidə, məcburi köçkünlərlə keçirən Ali Baş Komandana 60 illik yubileyini gözəl, doğma Şuşamızda, dillərə dastan Cıdır düzündə keçirmək nəsib oldu. Bu da maraqlı bir nüans, bəlkə də qismətdir.
44 günlük müharibədə Azərbaycan Ordusu silahlanmanın ən müasir tətbiqi olan “5-ci nəsil müharibəsi” əsasında hərbi əməliyyatlar apardı. “Minimum itki, maksimum nəticə” prinsipi ilə döyüşən Azərbaycan Ordusunun yeni müharibə strategiyası əsgərlərimizin həyatının daha çox qorunmasına, düşmənə bir daha özünə gəlməyə imkan verməyən sarsıdıcı zərbələr vurulmasına imkan verdi. Azərbaycan xalqı “Öldü var, döndü yoxdur” deyərək öz Liderinin ətrafında bir yumruq oldu. Ordumuzun Zəfər yürüşü bir daha təsdiq etdi ki, ölkəmizin hərbi büdcəsi uzaqgörənliklə yüksələn xətt üzrə məqsədyönlü şəkildə artırılıb. Prezident İlham Əliyev bir daha sözünün imzası qədər əhəmiyyətli olduğunu, ədalət deyilən məfhumun varlığını əyani olaraq bütün dünyaya göstərdi.
Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad etmək uğrunda dünyanın hərb tarixində dərs ola biləcək bir rəşadət ortaya qoydu.
Cənab Prezidentin Şuşadakı çıxışından bir hissəni nəzərinizə çatdırmaq istəyirəm “Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşürdüm. Şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köçkün qəsəbələrində bu kateqoriyadan olan insanlarla görüşürdüm. 50 illiyimi də məcburi köçkünlərlə bərabər qeyd etmişdim. 50 illiyimi Qarabağda – Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda – bu dəfə Şuşada keçirirəm. Bu iki tarix arasında bir canlı bağlantı var. Ölkə ərazisində və bölgədə gedən proseslərə biz sadəcə olaraq seyrçi deyildik. Biz bu prosesləri böyük dərəcədə idarə edirdik. Biz bölgə gündəliyini formalaşdırırdıq. İkinci Qarabağ müharibəsində əldə edilmiş Zəfərdən sonra bizim gücümüz, nüfuzumuz, təsir dairəmiz daha da genişləndi.
Bu gün azad Qarabağda, Şuşada və Hadrutda olarkən mən, – əgər belə demək mümkündürsə, – öz ad günümü qeyd edirəm. Bu gün səhər Hadrutda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışında iştirak edirdim. Mən bilirdim və hesab edirəm Azərbaycan xalqı da bu seçimi dəstəkləyər ki, bu gün mən Prezident, Ali Baş Komandan kimi hərbçilərə, Müzəffər Azərbaycan Silahlı Qüvvələrinə öz təşəkkürümü bildirmək və onların qarşısında yeni vəzifələr qoymaq üçün hərbçilərlə birlikdə olmalı idim.”
Bütün bunlar isə, Cənab İlham Əliyevin Azərbaycan xalqına, Vətəninə nə qədər bağlı olduğunu, dəyər verdiyini sübut edir və əlbəttə ki, bu dəyər, bu sevgi qarşılıqlıdır.

Suraxanı rayonunun fəal gənci Türkan Bayramova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki