image-reklam-veteninfo
image-img_1888backend

HAKİM Türkiyə prezidenti haqqında qeyri-etik ifadələrə görə 15 sutka verdi-XƏZƏR RAYON MƏHKƏMƏSİNDƏ

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, bu haqda maraqlı açıqlamanı siyasi icmalçı Bəhruz Həsənov yayıımlayıb.

”Bir neçə ay əvvəl inzibati xəta kimi dəyərləndirilən bu fakt bu gün çox mühüm və prinsipial bir presedent yaradır. Belə ki, 9 iyulda Xəzər Rayon Məhkəməsinin qərarı ilə bir Azərbaycan vətəndaşı qardaş Türkiyə Prezidenti haqqında rəqəmsal platformalarda qeyri-etik ifadələr işlətdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən 15 sutka müddətinə azadlıqdan məhrum edilib. Bu qərarı o zaman doğru və təqdirəlayiq hesab etmişdim, indi də eyni fikirdəyəm”-deyən Bəhruz Həsənov daha sonra vurğulayır ki,haqlı olaraq belə bir sual və müqayisə yaranır: Türkiyə dövlətinin də analoji hallarda eyni qətiyyəti sərgiləməsi, mövcud hüquqi baza çərçivəsində addım atması heç də çətin deyil. Qardaş ölkənin qanunvericiliyi bunun üçün lazım olan bütün hüquqi mexanizmlərə və zəminə malikdir: “Bəs niyə qardaş ölkənin müvafiq orqanlarının bu cür addımlarının şahidi olmuruq?
​Niyə Türkiyədə Azərbaycana qarşı qara piar aparanlar, ölkəmizin konstitusiya quruluşunun zor yolu ilə dəyişdirilməsi barədə çağırışlar edənlər, dövlətimizin atributlarını təhqir edənlər sosial mediada meydan sulayır, hətta daha da populyarlaşır, hər gün İP artırırlar?
​Gərginliyin ortadan qaldırılması üçün sözə yox, əmələ ehtiyacımız var. Sağa-sola üfunət saçan bir neçə şarlatanın, əclafın barəsində qanun çərçivəsində tədbir görülməsi bu qədərmi çətindir?
​Məşhur jurnalist Fatih Altaylı niyə, hansı ifadələrə görə həbs edilmişdi? (Hansı ki o ifadələr kontekstdən çıxarılmışdı).
​Altaylı kimi nəhəng media nümayəndəsini məsuliyyətə cəlb edə bilən iradə, aqrartəfəkkür Ciftçini, şarlatan Şanlını, şəriətçi Qayanı məsuliyyətə cəlb edə bilmir?
​Ya etmək istəmir?
​Bəs biz necə qardaşıq?
​Bir tərəfdən məni təhqir et (edilməsinə göz yum), bir tərəfdən də gərginliyi artırmaqda ittiham et!
​Əlimizi daşın altına birgə qoyaq, bəylər!
Yetdi, bu çəkişmə!
Ambisiya qurbanı olmayacaq qədər önəmlidir Azərbaycan-Türkiyə qardaşlığı!”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki