image-photo-2021-12-26-12-33-00backend

Həmrəy xalqın gücü

image-reklam_sirab_01

Həmrəy olmaq , birlik göstərmək ilk öncə hər şeydən öndə gəlir. Belə bir atalar sözü də var ,,El bir olsa, dağ oynadar yerindən” ,yəni birlik ,həmrəylik hər zaman bir milləti, xalqı güclü edən amillərdən biri hesab olunur. Bu həmrəylik bütün sahələrdə belədir ,fərq etmir əgər bir işdə birlik yoxdursa, o işin bir nəticəsi olmayacaq.
Azərbaycan xalqının birliyi bütün dünyaya səs saldı. Bu birlik sayəsində biz 44 gün ərzində qələbəyə nail olduq. Əvvəldən qeyd etdiyim ki, hər sahədə birlik lazımdır. Fərq etmir hansı peşə sahibisən, varlısan,kasıbsan, yüksək rütbəlisən, sıravi vətəndaşsan bunların heç bir önəmi yoxdur , önəmli olan bir yumruq kimi birləşib istəyin, amalın uğrunda vuruşmaqdır. Bu həmrəylik sayəsində Azərbaycan xalqı , dünya azərbaycanlıları, soydaşlarımız tarixi torpaqlarımızın bizə qaytarılmasını uzun illərdi ki, gözləyirdi və hər kəs həmin tarixi gün üçün ordumuza, Ali Baş Komandanın siyasi iradəsinə güvənirdi. Elə bu güvənc də Qarabağdan Azerbaycanın qələbə xəbərini gətirdi.
Danılmaz bir faktdır ki, xalqın rəğbətini , məhəbbətini və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Azərbaycan Prezidenti bu sferada da yaxşı mənada seçilən liderdir. Xalqın ölkə başçısına olan ehtiramı, güvəni , inamı ən yüksək səviyyədədir. Əlbəttə ki, bu təsadüfi deyil. Vətən müharibəsində xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik , həmrəylik nümayiş etdirdi , vahid amal uğrunda birləşib bütün dünyaya Azərbaycanın gücünü göstərən qələbəni təmin etdi. “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi qələbəmizin rəmzinə çevirən Prezident, Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi bu ifadə həyatda öz təsdiqini tapdı. Əgər bu birlik olmasaydı , milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bütün məqamlarda və yaşayan hadisələrdə Prezidentimizin seçimi hər zaman xalqının yanında olmaqdan ibarət olub.
44 günlük müharibə zamanı ölkə başçısı rayonların işğaldan azad olunması , ordumuzun daha da irəli getməsi xəbərlərini xalqına çatdıraraq , sevinci bölüşərək öz xalqının yanında oldu. Bütün təhlükələrə baxmayaraq müharibənin bitməsindən çox az sonra İlham Əliyev və onun xanımı Mehriban Əliyeva Cəbrayıl və Füzuli rayonlarında olub, öz sevinclərini xalqla bölüşdülər.
Dövlətimizin qətiyyəti , ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə əlbəttə ki, tariximizin şanslı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!

Mamedova Fəridə
Azərbaycan Dövlət Pedoqoji Universiteti/SABAH qrupları


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki