image-photo-2021-12-28-12-58-08backend

Həmrəylik-gücümüzdür

image-reklam_sirab_01

Dünya Azərbaycanlılarının həmrəylik günü azərbaycanlıların ən önəmli günlərindən biridir.31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması qərarı 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında qəbul edilib.Bu qanunvericilik aktının qəbul edilməsi üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edilib və dekabrın 25-də Ali Sovetin Milli Şurası bu müraciəti nəzərə alaraq, 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik günü olaraq elan olunması barədə qərar qəbul edilib.Həmin gündən bəri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik bayramı olaraq qeyd edilir.
Azərbaycan xalqının həmrək bir xalq olduğunu bütün dünya bilirdi.Lakin 2020-ci il 2-i Qarabağ savaşı zamanı bu birliyin necə möhkəm olduğu bir daha bütün dünyaya isbat olundu.Xalqımız öz cəsarəti,gücü,mənəvi dayanıqlığı ilə birlik olaraq həm ön,həm arxa cəbhədə bir-birinə dəstək oldu.Bu həmrəylik,birlik qələbənin qazanılmasında mühüm rol oynadı.Heydər Əliyev bu günü təsis etməklə xalqımızın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.Ulu Öndərimiz xaricə səfərləri zamanı da hər zaman orada yaşayan azərbaycanlılara da görüş üçün zaman ayırmışdır.
Həmrəylik bayramı dünyanın 70-dən çox ölkəsində 50 milyon azərbaycanlı tərəfindən həmçinin milliyyətcə azərbaycanlı olmayan lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri tərəfindəndə qeyd olunur.Həmrəylik günü Azərbaycan xalqının birliyinin,hüzurunun, mədəniyyətinin,milli-mənəvi dəyərlərinin nəsildən-nəslə ötürülməsində böyük rol oynayır.
2001-ci il noyabrın 9-10-u tarixində Azərbaycanlıların 1-ci qurultayı keçildi.Bu qurultayda yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda iclası keçirildi və bu iclasda “Dünya Azərbaycanlılarının Xartiyası” qəbul edildi.Bu sənədin qəbulu xalqın birliyinin və mütəşəkkiliyinin artması, Vətənləriylə əlaqələrinin möhkəmlənməsinə daha da zəmin yaratdı.2007-ci il martın 9-da keçirilmiş Azərbaycan və Türk diaspor təşkilat rəhbərlərinin birinci forumu vasitəsilə türdilli xalqaların arasındaki bağ da artdı və bu xalqların birliyinə daha da parlaqlıq qatdı.
Ulu Öndərimiz Heydər Əliyevin yolunu davam etdirin cənab Prezident İlham Əliyev də Azərbaycan xalqının birliyinin qorunub saxlanması, nəsildən-nəsilə ötürülməsi,həmçinin milli-mənəvi dəyərlərin, mədəniyyətin qorunub,gələcək nəsillərə ötürülməsi üçün hər şeyi edir.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əhədov Elvin Elnur oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki