image-photo-2021-12-26-12-32-59-1backend

Həmrəyliyin bəhrəsini yaşayan xalq

image-reklam_sirab_01

Qədim illərdən bəri bütün dünyada türk xalqları öz istiqanlılığı, birliyi, sədaqəti ilə tanınır.Azərbaycan xalqı da vətənin dar günündə xoş günüdə tarixə daima həmrəyliyi ilə iz qoyub. Xalqımız uzun illər erməni təcavüzünə məruz qalmış ancaq məğrur başını heç vaxt əyməmiş, mübarizəyə daima davam etmişdir. Bunun nəticəsidir ki, erməni işğalı altında olan torpaqlarımız artıq azaddır.

44 günlük vətən müharibəsində igid əsgərlərimiz, onlara hər cəhətdən dəstək olan öz torpaqlarımızın eşqi ilə alışıb yanan xalqımızın və düzgün aparılan siyasətin hesabına Azərbaycan xalqı qalib olmuş və bu müharibə tarixə qızıl hərflərlə yazılmışdır.Yalnız müharibə zamanı çox çətinliklərə rast gəlmiş, yeri gələndə silahı atıb çılpaq əllə döyüşmüş bu məğrur , bu igid ordunun arxasında görünməyən bir tərəf var idi . Bəli bu ordusuna çox güvənən, ən az güvəndiyi qədər də dəstək olan xalqımız idi. Hansıki oğlunu şəhid verib “Vətən sağolsun” deyən ata, bir oğlum olsa onu da vətən müharibəsinə yola salardım deyən şəhid anası, müharibəyə yollanan hərbi maşını görərkən bütün ərzaqlarını onlara vermək istəyən gənc… Həmrəylik deyəndə göz önünə bunları gətirməmək əldə deyil.

Günlər keçdikcə cəbhədən gələn o xəbərlər… Alınan torpaqlar bizi sevindirir, şəhid xəbərləri isə sanki qəlbimizə saplanan bir xəncər kimi ağrı verirdi.Ancaq hər şeyə rəğmən ruhdan düşmür yenə əvvəlki kimi qürurla və səbirlə gözləyirdik. Nəhayət ki 9 noyabr gecə cəbhədən gələn o xəbər ilə 44 gün ərzində sakit qalan  o təmkinli xalqdan əsər əlamət qalmamışdı. Artıq torpaqlarımız işğaldan azad olunmuşdu , 20 ildən artıq olardıki öz evindən eşiyindən zorla çıxardılmış insanlar öz yuvalarına qayıdacaqdı, artıq şəhid verməyəcək, heç bir ananın gözləri yaşlı qalmayacaqdı. Çünkü Qəhrəman əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütün Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirərək, işğalçıya layiqli cavab vermişdir. “Dəmir yumruq” əməliyyatı nəticəsində düşmən darmadağın edilmiş və Azərbaycan Ordusu Qələbə qazanmışdır.

Azərbaycan Tibb Universiteti. İbrahimli Nərmin

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki