image-03-13backend

Hər bir azərbaycanlının Prezidenti

image-reklam_sirab_01

2020-ci ildə qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Pandemiyanın doğurduğu çətinliklərə rəğmən 2021-ci ili ciddi sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurur. Ümummilli Lider Heydər Əliyevin böyük müdrikliklə müəyyən etdiyi strategiyanı 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin son 18 ildə ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirsək, dövlət başçısının fəaliyyətində bu şərtlərin özünü necə dəqiqliklə doğrultduğunu əyani şəkildə görərik.

Prezident İlham Əliyev  Azərbaycanı son onillikdə iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətlərdən birinə çevirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin Avropa regionunun enerji təhlükəsizliyi missiyasını öz üzərinə götürməsi də danılmaz reallıqdır. İqtisadi baxımdan inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməyi qarşıda başlıca məqsəd qoyan ölkə başçısı hüququn aliliyinə, ictimai həyatın müxtəlif sahələrində şəffaflıq və hesabatlılığın gücləndirilməsinə, hər bir vətəndaşın qanuni maraq və mənayefinin təminatına yönəlmiş siyasət yürüdür.

İqtisadiyyatın uğurlu inkişafının bariz göstəricilərindən biri də pandemiya şəraitində özünün pik həddinə çatan qlobal maliyyə-iqtisadi böhranın ölkəmizə təsirlərinin minimum həddə olmasıdır. Sosial-iqtisadi sahədə həyata keçirilən məqsədyönlü siyasət son iki ildə Azərbaycanın pandemiya ilə mübarizədə möhtəşəm nailiyyətlərə imza atmasına gətirib çıxarıb.

Pandemiya ilə qlobal mübarizədə tutduğu ədalətli mövqeyinə görə Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin rəğbətini qazanmışdır. Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü ilə bağlı öz etirazını bildirən ölkədir. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım etmişdir. Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilib.

Prezident İlham Əliyevin qətiyyətli, prinsipial, milli maraqları əsas tutan liderlik missiyası ölkə vətəndaşlarının böyük sevinc və məmnunluğu ilə qarşılanır. Azərbaycanın Vətən müharibəsindəki layiqli qələbəsi Prezident İlham Əliyevin son bir ildə regional və qlobal miqyasda nüfuzunu daha da artırıb, bu ilin yekunları üzrə dünyanın ən uğurlu liderləri sırasında yer almasını təmin edib. Azərbaycan Prezidenti İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Onun fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət və vətəndaş məmnunluğu prinsipləri üzərində qurulub.

 

Kübra Cabbarova – A. H. Kazımov adına 1 saylı Şəhər Poliklinikasının baş həkimi, Əməkdar həkim

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki