image-7-toplantibackend

“Heydər Əliyev və Dövlət gənclər siyasəti” mövzusunda zona gənclərinin toplantısı keçirilib.

image-reklam_sirab_01

Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, digər rayonları təmsil edən nümayəndələr və fəal gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin önündə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Sonra Mərkəzin böyük akt zalında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda RİH başçısı Seymur Orucov və digər natiqlər, Ağstafa və Şəmkir rayon İdman və Gənclər İdarələrinin rəisləri Əziz Məsmalıyev və Emil İsmayılov, Ağstafa RİH yanında İctimai Şuranın sədr müavini Teymur Əliyev geniş məruzələrlə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Vətəni və xalqının əminəmanlığı naminə misilsiz xidmətləri, ölməz ideyaları, milli inkişaf strategiyasından geniş bəhs ediblər.
Seymur Orucov rayonun ictimai-siyasi həyatında fərqləndiklərinə görə bir qrup gənci Ağstafa RİH-in fəxri fərmanları ilə təltif edib, həmçinin növbəti könüllü təlimlərini müvəffəqqiyyətlə başa vuran daha dörd nəfər gəncə müvafiq sertifikatlar verib.
Tədbir yerli mədəniyyət nümayəndələrinin təqdim etdikləri konsert proqramı ilə davam etdirilibdir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image