image-reklam-veteninfo
image-1backend

Heydər Əliyevin keçmiş mətbuat katibinə mühüm vəzifə — Qahirə Hüseynova Naxçıvanda media məsələlərinə cavabdeh olacaq

image-reklam-veteninfo

Qahirə Hüseynova Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində media məsələləri üzrə məsul şəxs təyin edilib

Ümummilli lider Heydər Əliyevin keçmiş mətbuat katibi Qahirə Hüseynovaya yeni vəzifə verilib.

Vətəninfo.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyində media məsələləri üzrə məsul şəxs vəzifəsi Qahirə Hüseynovaya həvalə olunub.

Qahirə Hüseynova bundan əvvəl İctimai Televiziyanın Naxçıvan üzrə bölgə müxbiri kimi fəaliyyət göstərib.

O, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalistidir. Qahirə Hüseynova həmçinin siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Jurnalist milli mətbuatın inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin yeni Əsasnaməsi təsdiqlənib.

Yeni Əsasnaməyə əsasən, qurumun ştat vahidlərinin sayı 20-dən 5-ə endirilib. Nümayəndəliyin yeni rəhbəri Abbas Muxtarzadə həmin beş vəzifə üzrə namizədlərin təqdimatını yuxarı quruma göndərib və onların təyinatı həyata keçirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki