image-1a704b8e-5a8d-3029-a8c1-6a1b52cfe8a1_850-jfifbackend

Hikmət Hacıyev: “Azərbaycan çoxtərəfli diplomatiyanın sadiq tərəfdarıdır”

image-reklam_sirab_01

“Azərbaycan çoxtərəfli diplomatiyanın sadiq tərəfdarıdır”.

“Veteninfo” xəbər verir ki, bu fikir Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevin tviter hesabında BMT Baş Assambleyasının sədri Abdulla Şahidlə görüşünə dair paylaşımında yer alıb.

Prezidentin köməkçisi paylaşımında bir daha vurğulayıb ki, Azərbaycan çoxtərəfli diplomatiyanın və BMT Baş Assambleyasının və Qoşulmama Hərəkatının gündəliyinin daha da sinxronlaşdırılmasının sadiq tərəfdarıdır, çünki hazırda Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir.

Qeyd edək ki, BMT-nin protokol qaydalarına əsasən rəsmi görüşlərdə BMT-nin və bu təşkilatın rəhbər vəzifəli nümayəndəsinin təmsil etdiyi dövlətin bayraqları qoyulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki