image-yolbackend

İDDİA:Azərbaycan və Ermənistan ZƏNGƏZURLA BAĞLI RAZILAŞDI

image-reklam_sirab_01

Rusiya Ermənistan və Azərbaycana  Zəngəzurdan  keçən magistral yolu razılaşdırmağa kömək etdi.

 

Vətəninfo.az xəbər verir ki,bu iddia ilə Rusiyanın “İzvestia” qəzeti məlumat yayıb.

Qəzet iddia edir ki, Rusiya Azərbaycan və Ermənistana və Zəngəzur dəhlizində avtomobil yolunun razılaşdırılmasına kömək edib,razılaşdırılmalı olan yalnız 6 km-lik kiçik bir hissə qalıb. Qəzet iddia edir ki, bu barədə “İzvestiya”ya yüksək vəzifəli məlumatlı mənbə bildirib.

“Azərbaycan və Ermənistan hələ ötən ilin payızında Naxçıvana dəmir yolu dəhlizi barədə razılığa gəliblər. İrəvanda magistral yolda uzun fasilə verdik. Lakin baş nazir müavinlərinin iyunun 3-də keçirilən son iclasında 6 km-lik çatışmayan hissə istisna olmaqla, gələcək marşrutunu razılaşdıra bildilər. Orada dağlar var və Rusiyanın

 

 

“Avtodor” şirkəti ora mütəxəssislər göndərir ki, sadə mühəndislik həllini tapsınlar”, – mənbə izah edib.

 

Marşrut Ermənistan tərəfdən Araks çayı ilə keçəcək. Bölmənin qalan hissəsində, həmsöhbətin sözlərinə görə, 1992-ci ilə qədər Naxçıvanı Ermənistan ərazisindən keçərək Azərbaycanın Zəngəlan rayonu ilə birləşdirən köhnə sovet yollarından istifadə olunacaq. Mənbə izah edib ki, onlar gələcək dəhlizin demək olar ki, bütün xətti boyunca qorunub saxlanılıb, ancaq Naxçıvan vilayəti ilə Ermənistanın sərhəddində bir hissə qalıb.

 

O, aydınlaşdırıb ki, Bakı bu ilin martında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvana yolun İran ərazisindən keçməsi barədə Tehranla memorandum imzaladıqdan sonra Ermənistan tərəfi danışıqlar prosesini sürətləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki