image-ilham-eliyev-veteninfo-azbackend

İlham Əliyev: Həm indi, həm də gələcəkdə ərazi iddiası irəli sürülməməlidir.

image-reklam_sirab_01

Ermənistan sülh sazişi komissiyası yaratdıqdan sonra Azərbaycanla Ermənistan arasında danışıqlar başlayacaq.

 

Veteninfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakıda keçirilən 9-cu Qlobal Konfransda çıxışı zamanı vurğulayıb..Azərbaycan prezidenti vurğulayıb  ki, Azərbaycan sülh sazişi üzərində işləməyə başlamaq üçün sülh sazişinə başlamağı təklif edib, lakin İrəvan bu təklifə cavab verməyib.

 

İlham Əliyev onu da bildirib ki, Azərbaycan da özünün beş məlum bəndini təqdim edib ki, bu məqamlar çərçivəsində bir-birinin ərazi bütövlüyünə hörmət edilməli və tanınmalı, həm indi, həm də gələcəkdə bir-birinə ərazi iddiası irəli sürülməməlidir. Azərbaycan Prezidentinin sözlərinə görə, İrəvanın bu məqamları qəbul etməsi müsbət addımdır. “Ancaq bizim praktik tətbiqə ehtiyacımız var.Əgər bu olarsa, danışıqlara başlanılacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki