Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu sammitində iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublin şəhərinə səfər edib.
Vətəninfo.az xəbər verir ki, sammit çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün keçirilməsi planlaşdırılır.
Erməni mediasının yaydığı məlumata görə, iki ölkə liderinin Dublində görüşü gözlənilir.
Görüşün baş tutub-tutmayacağı və mümkün müzakirələrin gündəliyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Məlumat yenilənəcək.


























