image-ilham-pasinyanbackend

İlham Əliyevlə-Paşinyan arasında görüş gözlənilir-BRÜSSELDƏ

image-reklam_sirab_01

Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarın İrəvana, oradan da Bakıya səfəri ilk növbədə bir məqsəd güdür: Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan prezidentinin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev arasında görüş təşkil etmək.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri “Azadlıq” radiosunun erməni bölməsinə erməni  politoloq Beniamin Poqosyan deyib. O qeyd edib ki, belə bir görüşün ardınca Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında növbəti görüşün keçiriləcəyi gözlənilir.

Məlumatda vurğulanır ki, Hacıyevlə-Qriqoryan arasında görüş ötən ay planlaşdırılıb, lakin Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl vurğulamışdı ki, keçirilməsi nəzərdə tutlan görüş, Azərbaycan tərəfinə görə baş tutmayıb.

Politoloq qeyd edib ki,görünür, formalaşmış mexanizm var, əvvəlcə ikinci səviyyədə iclas keçirilir, orada məsələləri müzakirə edir, işləyib hazırlayır: ” Az-çox aydınlaşdırılan bəzi məsələlər liderlərin masasına çıxarılır, ona görə də çox güman ki, hesab edirəm ki, ən azı iyulun 24-dək Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə Hikmət Hacıyev arasında görüş olacaq və ola bilsin ki, İyulun sonu və ya avqustun əvvəlində, necə deyərlər, tətil mövsümünün yekun başlamazdan əvvəl. Biz də Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə iki dövlət başçısının növbəti görüşünü körəcəyik”.

image-hikmet

Məlumata görə Avropa İttifaqının xüsusi nümayəndəsi dünən İrəvana gəlib. Avropanın yüksək rütbəli rəsmisi ilkin olaraq Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə, ardından isə Ermənistanın baş naziri ilə görüşüb.

Rəsmi məlumatlara görə, Armen Qriqoryan və Nikol Paşinyanla görüşlərdə, xüsusilə, Avropa Şurası prezidentinin vasitəçiliyi ilə Brüsseldə keçirilən üçtərəfli görüşlərin nəticələri və əldə olunmuş razılaşmaların icrası müzakirə edilib.

Qeyd edək ki, İlham Əliyev ilə Paşinyan sonuncu dəfə may ayında görüşüblər. Rəsmi məlumatlara görə, onlar sərhədlərin delimitasiyası üzrə işçi qrupunun ilk iclasının keçirilməsi barədə razılığa gəliblər, həmçinin regionda yolların və kommunikasiyaların açılması üçün ortaq məxrəcə gəliblər.

Əldə etdiyimiz məlumata görə, iyulun 15-də Klaar Azərbaycana səfər edəcək və Bakıda Aİ-nın rəsmisi  Azərbaycan rəhbərliyi ilə görüşəcək.

Ekspertlər vurğulayırlar ki, Brüsseldə gözlənilən Paşinyan-Əliyev görüşündə kommunikasiya xətlərinin açılması məsələsi diqqət mərkəzində olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki