image-a93fe12b0676c238c5a559a1fe9ac5efbackend

İmtahanların tarixləri açıqlandı – QRAFİK

image-reklam_sirab_01

Dövlət İmtahan Mərkəzi mart və aprel aylarında tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının birinci mərhələsi, dövlət qulluğuna (A və B növü) qəbul imtahanı və digər imtahanların keçirilməsi nəzərdə tutulur.

Veteninfo.az imtahanların qrafikini təqdim edir:

Tarixİmtahanın adıİmtahan yeri
5 martTam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanıQaradağ, Xəzər, Yasamal, Nərimanov, Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar, Gürcü bölməsi
6 martTam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanıNizami, Suraxanı, Binəqədi, Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızı
6 martVəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün tеst imtаhаnıBakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28
12 martTam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanıSabunçu, Səbail, Nəsimi, Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad, Xaçmaz
13 martTam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanıXətai, Abşeron, Pirallahı, Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul, Bakı (xüsusi məktəblər – internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov), ingilis və fransız bölmələri
13 martDövlət qulluğuna qəbul imtahanı (A növü)Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28
2 və 3 aprel· əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

· müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən 11-ci sinif şagirdləri üçün əlavə xarici dil imtahanı;

· qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli dil üzrə vermək istəyən 11-ci sinif şagirdləri üçün əlavə imtahan;

· eksternat qaydasında buraxılış imtahanı (11 illik)

Məlumat veriləcək
10 aprel· Dövlət qulluğuna qəbul imtahanı (B növü)

· Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin V sinfinə qəbul imtahanı

Məlumat veriləcək
16 və 17 aprelÜmumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (I zona)Məlumat veriləcək
23 və 24 aprelÜmumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (II zona)Məlumat veriləcək
30 aprel və 1 mayÜmumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (III zona)Məlumat veriləcək

Qeyd edək ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Digər aylarda keçiriləcək imtahanların tarixləri, həmçinin 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının rayonlar üzrə qrafiki müəyyən olunan kimi ictimaiyyətə məlumat veriləcək.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki