İordaniyanın xarici işlər naziri Eymən Səfədi iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığı zamanı bildirib ki, krallıq öz ərazisi və hava məkanından İrana hücumlar üçün istifadə olunmasına icazə verməyəcək.
Vətəninfo.az xəbər verir ki, Səfədi vurğulayıb ki, İordaniya “heç bir regional münaqişədə döyüş meydanına çevrilməyəcək” və öz hava məkanının pozulmasına və ya ölkənin və vətəndaşlarının təhlükəsizliyinin təhdid olunmasına yol verməyəcək.
Söhbət zamanı tərəflər regiondakı mövcud vəziyyəti müzakirə ediblər.
İordaniyalı nazir eskalasiyanın mümkün nəticələri ilə bağlı narahatlığını bildirib və Əmmanın Yaxın Şərqdə təhlükəsizliyin qorunması üçün istənilən siyasi səyləri dəstəklədiyini qeyd edib.


























