image-gurcubackend

İrakli Qaribaşvili: Biz RUSİYADAN qorxuruq

image-reklam_sirab_01

Gürcüstan milli maraqları və təhlükəsizlik problemlərinə görə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edə bilməz.

Vətəninfo.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Qətər İqtisadi Forumu çərçivəsində deyib. Baş nazir deyib ki, Gürcüstan hakimiyyəti Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina edib. Eyni zamanda, Gürcüstan beynəlxalq sanksiyaları saxlayır: “Biz açıq şəkildə bildirdik ki, çox təbii səbəbdən Rusiyaya qarşı milli iqtisadi sanksiyalar tətbiq edə bilmərik. Çünki bizim milli maraqlarımız var, bizim təhlükəsizlik problemlərimiz, iqtisadi çətinliklərimiz var”.

Eyni zamanda Qaribaşvili vurğulayıb ki, onun ölkəsi Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməkdən imtina edən yeganə ölkə deyil. “Mən dövlət başçısı kimi xalqın təhlükəsizliyini düşünməliyəm. Biz siyasi baxımdan mütləq beynəlxalq ictimaiyyətin yanındayıq. Biz beynəlxalq tərəfdaşlarımızla tam koordinasiya edirik.Ona görə də bu bizim mövqeyimizdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki