İran İnqilab Keşikçiləri Korpusu uzunmüddətli müharibəyə hazır olduqlarını açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə qurumun sözçüsü Əli Məhəmməd Naini İran dövlət televiziyasına açıqlamasında bildirib.
Naini ABŞ və İsrailin İrana qarşı hücumları ilə bağlı danışaraq qeyd edib ki, qarşı tərəf hər yeni əməliyyat dalğasında ciddi və ağrılı zərbələrlə üzləşəcək. Onun sözlərinə görə, İran “təcavüzkarlar cəzalandırılana qədər uzunmüddətli müharibəyə hazırdır”.
Sözçü həmçinin ölkənin hərbi hazırlıqlarına toxunaraq bildirib ki, İranın yeni hərbi təşəbbüsləri və silahları artıq hazırlanır və onların bir hissəsi hələ geniş şəkildə istifadə olunmayıb.
Naini vurğulayıb ki, bu silahlar və yeni imkanlar yaxın zamanda tətbiq oluna bilər.


























