İran və ABŞ arasında aparılan danışıqların nəticə vermə ehtimalı olduqca zəif dəyərləndirilir. Vətəninfo.az xəbər verir ki, bununla bağlı, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasınıb üzvü Vahid Əhmədi Didban açıqlama verib.
Deputat bildirib ki, ABŞ qoşunlarının bölgəyə cəmləşdirilməsi mümkün hücuma hazırlıq deyil, daha çox siyasi və hərbi təzyiq vasitəsidir. Onun sözlərinə görə, Vaşinqton bu yolla Tehrana təzyiq göstərməyə çalışır.
Əhmədi əlavə edib ki, müharibə baş verərsə, İran əvvəlki məhdudiyyətləri nəzərə almayacaq və ABŞ-ın hərbi bazalarının yerləşdiyi ölkələr də risk altında olacaq. O, mümkün qarşıdurma zamanı daha sərt addımların atılacağını istisna etməyib.


























