Yerusəlimdə ən azı 10 partlayış səsi eşidilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi öz jurnalistinə istinadən məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri daha əvvəl İrandan atılan raketləri aşkarladıqlarını və hava hücumundan müdafiə sistemlərinin onları izlədiyini açıqlamışdı.
Fevralın 28-də ABŞ və İsrail Tehran da daxil olmaqla İrandakı hədəflərə zərbələr endirməyə başladılar və nəticədə mülki şəxslər arasında itkilər və ziyan oldu.


























