Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, mətbuat konfransında ABŞ ilə danışıqlar məsələsinə münasibət bildirib.
Bəqayi qeyd edib ki, danışıqların son mərhələsindən sonra Tehran və Vaşinqton arasında birbaşa danışıqlar aparılmayıb. Onun sözlərinə görə, ABŞ tərəfinin danışıqlara hazır olması ilə bağlı mesajlar əsasən vasitəçilər vasitəsilə, o cümlədən Pakistan kimi ölkələrdən çatdırılıb.
İran XİN sözçüsü bildirib ki, ABŞ tərəfindən irəli sürüldüyü iddia edilən “15 bəndlik” məsələlər çox iddialı və məntiqsiz görünür.
Bəqayi əlavə edib ki, Vaşinqtonun diplomatiya ilə bağlı iddialarının nə dərəcədə ciddi olduğunu beynəlxalq ictimaiyyət müşahidə edə bilər.
O həmçinin vurğulayıb ki, İran tərəfi mediada səslənən mövzularla bağlı əvvəldən mövqeyini açıqlayıb və danışıqlarda hansı çərçivəyə əsaslanacağını yaxşı bilir.


























