İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Küveytdə Amerika qoşunlarının yerləşdiyi əraziyə pilotsuz təyyarə hücumu elan etdi.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalına istinadən İİKK-nın qərargahından verilən açıqlamada deyilir.
Bəyanatda deyilir: “Küveytdəki Amerika qüvvələrinin qərargahına bir neçə zərbə endirdik”.
Hücumun onlarla döyüş dronu tərəfindən həyata keçirildiyi bildirilir. ABŞ qoşunları arasında mümkün itkilər barədə heç bir məlumat verilməyib.


























