image-24backend

İran Zəngəzur məsələsində Ermənistanın YANINDADI

image-reklam_sirab_01

“İran və Türkiyənin çox tarixi, mədəni, siyasi və iqtisadi əlaqələri, həmçinin sərhəd qonşuluğu var. İranın ən böyük təbii qaz müştərisi, həmçinin həmişə ABŞ-ın tətbiq etdiyi sanksiyaların bir an əvvəl aradan qaldırılmasını istəyən yeganə ölkə olub”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Türkiyəli hərbi ekspert İmbat Muğlu deyib.

 

Onun sözlərinə görə, 2011-ci ilin martında Suriyada başlayan qiyamlarla Türkiyə ilə İran arasında münasibətlər gərginləşməyə başlayıb:

 

“Türkiyə Qərb blokunda Suriyaya müdaxilənin tərəfdarı olduğu halda, İran Dəməşq rəhbərliyini dəstəkləyən Rusiya və Çinlə ortaq mövqe nümayiş etdirirdi. Həmçinin təəssüf ki, İran Ermənistanı hər sahədə, bəzən açıq, bəzən də gizli dəstəkləyərək, 30 ildir işğal etdiyi Azərbaycan torpaqlarında qalmasına göz yumdu.

Azərbaycan Ordusunun Qarabağın azad edilməsi üçün başlatdığı əməliyyata qarşı çıxan İran öz tərəfini Ermənistandan yana istifadə edirdi. Bu səbəbdən Türkiyə ilə İran arasında yenidən gərginlik başlamışdı. 43 kilometr uzunluğunda olan Zəngəzur dəhlizinin yenidən gündəmə gətirilməsi və əsasının Türkiyə-Azərbaycan tərəfindən qoyulması Tehran rəhbərliyinin qeyri-münasib mövqe sərgiləməsinə səbəb olub.

 

 

Bu kimi bir çox səbəblər Türkiyə-İran münasibətlərini gərginləşdirsə də, Suriya vətəndaş müharibəsinin yekun sülhlə nəticələnməsi üçün birgə fəaliyyət lazımdır. Bundan əlavə, sərhəd ticarəti və təhlükəsizlik kimi bir çox səbəblərə görə əməkdaşlığın davam etdirilməsi hər iki ölkə üçün vacibdir. İnanıram ki, Türkiyə və İranın xarici işlər nazirləri səviyyəsində başlayan danışıqlardan sonra hər iki ölkənin prezidentləri ilə davam etməsinin yaxşı nəticəsi olacaq. Bundan əlavə, bu danışıqlar regional ticarət, siyasət və sülh sahəsində böyük bir addım olacaq. Həmçinin də Türk dünyası üçün yeni başlanğıclar deməkdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki