Dünən Sistan və Bəluçistan əyalətinin Təftan şəhərində silahlı hücum nəticəsində polis əməkdaşları həlak olub.
Məlumata görə, naməlum şəxslər polis avtomobilini atəşə tutub. Vətəninfo.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı “Bəluc Fəallarının Kampaniyası” yayıb.
Hücum nəticəsində avtomobildə olan 5 polis əməkdaşının hadisə yerində öldüyü bildirilir.
İnsidentin arxasında kimin dayandığı hələlik məlum deyil və heç bir qrup məsuliyyəti üzərinə götürməyib.


























