image-reklam-veteninfo
image-1backend

İranda məşhur din xadimi məscidin qarşısında güllələndi

image-reklam-veteninfo

İranın Sistan və Bəluçistan əyalətinin Nikşəhr bölgəsində sünni din xadimi naməlum silahlı şəxslər tərəfindən güllələnərək öldürülüb.

Vətəninfo.az xəbər verir ki, hadisə dünən günorta namazından sonra baş verib. Sünni din xadimi Xan Məhəmməd Bəluçi məscidin qarşısında olarkən silahlı şəxslərin hücumuna məruz qalıb.

Bildirilir ki, “Pride 132” markalı avtomobildə olan şəxslər din xadiminə atəş açdıqdan sonra hadisə yerindən uzaqlaşıblar.

Ağır yaralanan Bəluçi aldığı güllə yaralarından həyatını itirib.

Hadisənin motivi və hücumun arxasında kimin dayandığı hələlik məlum deyil. Hücumla bağlı rəsmi açıqlama verilməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki