İran mediasında şok iddia yayılıb. Vətəninfo.az İran mediasına istinadən xəbər verir ki, Tehranda yanvarın 8-də etirazların zorakılıqla yatırılması zamanı ən azı 1.800 nəfərin öldüyü bildirilir.
Bununla bağlı, tibb işçilərinin təcili iclasında xəstəxanalardan alınan rəqəmlərə əsasən məlumat açıqlanıb. Bildirilib ki, yanvarın 9-u səhər keçirilən iclasda adı açıqlanmayan yüksək vəzifəli səhiyyə rəsmisi paytaxtdakı tibb müəssisələrindən toplanmış ümumi rəqəmləri təqdim edib.
Həmin məlumatlara əsasən, yalnız Tehran şəhərindəki mülki xəstəxanalara gətirilən cəsədlərin sayı azı 1800 nəfər təşkil edib.
Qeyd olunur ki, bu statistika:
• yalnız şəhər daxilindəki mülki tibb müəssisələri əhatə edir;
• əyalət və hərbi xəstəxanaların məlumatları daxil edilməyib;
• 8 yanvar saat 20:00-dan 9 yanvar səhər saat 10:00-dək xəstəxanalara gətirilən cəsədlərə şamil olunur.


























