Bu gün yüzlərlə İran vətəndaşı Turkey ilə sərhədi keçib. Sərhədi keçən şəxslər Tehranda yanacaqdoldurma məntəqələrində uzun növbələrin yarandığını və əhali arasında narahatlıq hökm sürdüyünü bildiriblər.
Vətəninfo.az xəbər verir ki, İran vətəndaşları Kapıköy Sərhəd Keçid Məntəqəsi vasitəsilə Türkiyə ərazisinə daxil olurlar.
Bu gün səhər saatlarında Türkiyənin ticarət naziri Ömer Bolat açıqlama verərək, Türkiyə ilə Iran arasındakı hər üç sərhəd-keçid məntəqəsində sərnişin daşınmasının dayandırıldığını bildirib.
Nazir qeyd edib ki, İran vətəndaşlarının Türkiyə üzərindən öz ölkələrinə qayıtmasına icazə verilir. Eyni zamanda, Türkiyə tərəfi öz vətəndaşlarının, eləcə də İrandan olan üçüncü ölkə vətəndaşlarının ölkəyə girişinə şərait yaradır.


























