İranın kəşfiyyat və təhlükəsizlik (ETTELAAT) nazirinin müavini Seyid Yəhya Həmidi İsrailin hava zərbələri nəticəsində həyatını itirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail ordusu yaydığı bəyanatda bildirib.
“Dəqiq kəşfiyyat məlumatlarına əsaslanan İsrail ordusu İranın terrorçu rejiminin əsas kəşfiyyat orqanı olan ETTELAAT Nazirliyinin yüksək vəzifəli şəxslərini məhv edib.
Kəşfiyyat nazirinin müavini Seyyid Yəhya Hamidi də bu səhər məhv edildi”, – bəyanatda bildirilir.
Qeyd edək ki, Yəhya Hüseyni Pencəki adı ilə tanınan kəşfiyyat zabiti Nazirliyin “İsrail masası”nın rəhbəri olub.


























