image-qenirebackend

İranın siyasi-diplomatik “üslub”u: Terror

image-reklam_sirab_01

Vətəninfo.az MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edir:

Fars-Molla rejimi həmişə terror yuvası olub, bu hün də terrora dəstək verən əsas ölkələrdən biridir, terrorçuluğa dəstək və terrorçuluğun təşkili sahəsində özünəməxsus təcrübəsi var. İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət yoxdur. Əgər belə deyilsə, o zaman sadə bir sual: Azərbaycan Respublikasının İran paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə qatil terrorçunun hücumu zamanı səfirliyi qoruma xidməti haradaydı? – Axı hər bir dövlət öz ərazisindəki diplomatik korpusları qorumağa borcludur! Fars-Molla rejiminin Bakıdakı səfirliyi necə qorunur? – Bu, onlar üçün bir nümunə deyilmi? – Səfirliyə yaxın ərazidə olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib, bu dəqiqələrədək də hər hansı təxirəsalınmaz addın atılması müşahidə olunmur. Azərbaycan Respublikası Səfirliyinin azərbaycanlı mühafizəçiləri hücumun qarşısına çıxmasaydı, bütün səfirlik əməkdaşları qətlə yetiriləcəkdi. Azərbaycan Səfirliyinə hücum və səfirliyi mühafizə xidmətinin rəhbəri olan vətəndaşımızın həlak olması bizi həddən artıq hiddətləndirmişdir və əlbəttə, Azərbaycan Respublikası rəsmi Tehrandan obyektiv araşdırma gözləyir. – Hərçənd, rəsmi Tehran bizim tanıdığımız, bildiyimiz Tehrandırsa, onun obyektiv araşdırmasına inam yox dərəcəsindədir. Hadisəni törədən terrorçunun guya erməni olmasının bildirilməsi İran xüsusi xidmət orqanının öncədən düşündüyü və xəbər dövriyyəsinə daxil etdiyi ağ yalandır. Xüsusi xidmət orqanlarına yaxşı bəllidir ki, terrorçu İran vətəndaşı Yasin Hüseynzadədən başqası deyil və Yasinin məhz İranın xüsusi xidmət orqanları, özəliklə də SEPAH-la bağlantılı olduğu ehtimalı var. Bəli, Fars-Molla rejimi Azərbaycan Respublikası Səfirliyinə hücumun məsuliyyətini öz üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə çalışır. Guya problem məişət hadisəsiymiş, guya terrorçu əraziyə uşaqla gəlibmiş və s. Belə yalan məlumatlar iz azdırmaq üçündür. İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırılması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılması məqsədi güdən addımlar yox, real, obyektiv addımlar tələb olunur! Ləyaqətli dövlət necə hərəkət etməli olduğunu biz yaxşı bilirik. İran ya ləyaqətsizliyi rəsmən boynuna alacaq ya da özündə siyasi iradə, beynəlxalq hüquqa hörmət hissi tapıb, konkret hüquqi addımlar atacaqdır! Şəhidimizə rəhmət, bayrağımıza ucalıq diləyirəm!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image