image-66backend

İranlılar Vanda kef edir: 10 dollara otel, 2 dollara yemək…

image-reklam_sirab_01

Türkiyədə milli valyutanın dollarla müqayisədə kəskin dəyər itirməsi qonşu ölkələrdən turistlərin və ucuz mal dalınca gedənlərin bu ölkəyə axın etməsinə səbəb olub. Türkiyə KİV-ləri yazır ki, bu günlərdə Van şəhəri iranlı turistlərlə dolub-daşır. Onlar TL-nin ucuzlaşmasını fürsət bilərək gen-bol əylənirlər, yeyib-içirlər və ucuz qiymətə yerli malları alıb daşıyırlar.

 

İranlılar Vanda

Bildirilir ki, bu günlərdə Van otelləri tamamilə iranlı turistlər tərəfindən tutulub. Van Otelçilər və Turizmçilər Dərnəyinin idarə heyətinin rəhbəri Yunus Yüksel deyib ki, iranlı turistlər 10 dollara oteldə qala, cəmi 2 dollara isə yemək yeyə bilirlər. Bundan əvvəl də iranlı turistlər Yeni İl bayramı günlərində əylənmək üçün Vana axın edərdilər, amma bu il onların axını bayramdan daha əvvəl başlayıb. Üstəlik otellər Yeni İl bayramı günləri üçün tamamilə tutulub, bir dənə də boş yer qalmayıb. Yunus Yüksel deyib ki, iranlı turistlərin axını ilə Vanda ciddi canlanma yaranıb, yerli ticarətçilər bundan məmnundur və daha çox alver edə bilirlər.

 

Yükselin sözlərinə görə, daha əvvəl 4500 İran tüməni 1 TL-yə bərabər idi, indi isə 1 TL 2200 tümənə yaxındır. Bu da iranlılar üçün Türkiyədə daha çox alış-veriş etmək, otellərdə daha ucuz qalmaq imkanı yaradır. “Ona görə də qarşıdakı günlərdə daha çox iranlı turist gələcəyinə inanırıq”,-o bildirib.

 

Xatırladaq ki, bundan əvvəl Türkiyə KİV-ləri azərbaycanlıların Naxçıvan üzərindən İğdıra axın etdiklərini, orada 1 Azərbaycan manatını 8.5 TL-yə dəyişərək manatla müqayisədə iki dəfə ucuzlaşan malları alıb daşıdıqlarını yazmışdı.

 

Türkiyənin Bolqarıstanla sərhəd Ədirnə şəhərində də bu günlərdə canlanma hökm sürür. Çünki bolqarlar ucuz türk mallarını almaq, alış-veriş etmək üçün kütləvi şəkildə bu şəhərə axın edirlər. Ədirnə otelləri də Van otelləri kimi tamamilə dolub, şəhərə axın edən bolqarlar deyirlər ki, gətirdikləri 1000 avronu TL-yə dəyişdirməklə həm bir neçə gün gəzib-dolaşa, həm özləri və yaxınları üçün Yeni İl alış-verişi edə bilirlər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki