Bizim işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqramımız var. Energetika Nazirliyimiz aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Biz artıq Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsini aparmışıq və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Yeri gəlmişkən, sizi məlumatlandırmaq istərdim ki, bizim neft-qaz sahəsində strateji tərəfdaşımız olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Biz artıq orada 200 meqavatdan çox gücə malik bərpaolunan enerji mənbəyinin tikintisi ilə bağlı BP ilə danışıqlar mərhələsindəyik- deyərək Cənab Prezident İlham Əliyev çıxışında bildirib.”Yaşıl enerji” enerji zonası lahiyəsi isə 3 may 2021- ci il Prezident sənrəcamı ilə fəaliyyətə başlamışdı.Sərəncamda qeyd olunur ki “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1.391.040,0 (bir milyon üç yüz doxsan bir min qırx) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılsın. Yaşıl enerji nədir? Sualına cavab axtarsaq görərik insan varlığı miqyasında tükənməz enerjidir. O təbiətdə hər an təbii olaraq mövcud olan proseslərin insanların ehtiyacları üçün istifadə olunması ilə əldə olunur.Qarabağda bu lahiyyədən istifadə etməkdə məqsəd isə sağlam gələcək və yaşıl Qarabağımızı bərpa etməkdir. İşğal dan azad edilmiş Qarabağ və şərq Zəngəzur yaşıl enerji zonasına daxil edilmişdir.İşağal edilmiş ərazilərdə bu lahiyyənin həyata kecirilməsi onu göstərir ki Prezident İlham Əliyev əbədi və əzəli qədim Azərbayacan ərazisi olan Qarabağımızı diqqət mərkəzində saxlayır.
Dövlət və ictimai münasibətlər- Abbasov Fərid