image-download-1backend

      İşğaldan azad edilmiş torpaqlardakı böyük infrastruktur layihələr böyük investisiyalar tələb edir.

image-reklam_sirab_01

Prezident İlham Əliyev: “Qarabağ ölkəmizin ən gözəl və bərəkətli regionlarından biridir. Regionun bərpası ilə bağlı bizi çox işlər gözləyir.”

Azərbaycan öz tarixinin mühüm dövrünü yaşayır. 30 ilə yaxın davam edən Ermənistan işğalına son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu möhtəşəm tarix yazaraq 44 günlük Vətən müharibəsində düşməni darmadağın etdi. Ordumuzun tarixi qələbəsini fərəhlə, qürurla, böyük iftixarla səsləndiririk. Xalqımızın yenilməz ruhu, qüdrətli Sərkərdəsi və məğlubedilməz Ordusu ilə Azərbaycanın müstəqilliyi, suverenliyi və sərhədlərinin bütövlüyü uğrunda verdiyi Şəhidlərin qanıyla suvarılmış torpaqlarımızda Xeyirin Şər üzərində qələbəsi, ədalətin qalib gəlməsi, sonunda Böyük Zəfər hər birimizdə iftixar hissi doğurur. Böyük tarixi Zəfəri bizlərə yaşadan, gənc yaşlarında şəhidliyi və qaziliyi seçən igid Oğullarımızın hamısı hər birimizə eyni dərəcədə əziz və yaxındılar. Vətən uğrunda canlarından keçən Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirik. Artıq işğaldan azad olunmuş torpaqlarımızda Xarıbülbül yenidən göyərməyə başlayır.   Prezident İlham Əliyev: “Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə baxmalıyıq və əraziləri, tam viran qalmış ərazini yenidən qurmalıyıq və biz bunu edəcəyik, artıq bu işlərə başlanılıb”. Xalqın inamını və etibarını, sevgisini qazanmış Prezident İlham Əliyevin ölkə vətəndaşları üçün etdiyi hər bir jest, atdığı hər addım, göstərdiyi qayğı, həmçinin qalib Ölkənin qalib Ali Baş Komandanı kimi bütün dünya ölkələri üçün nümunə olaraq qəbul edilir, dünya liderləri arasında cənab Prezidentin nüfuzu daha da artmışdır.

Təbii ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin nəticələri qlobal proseslərə təsirsiz ötüşməyəcək. Eyni zamanda, işğaldan sonra yaşadığımız bölgədə geosiyasi vəziyyət xeyli dəyişəcək. Geosiyasi vəziyyətin dəyişməsi geoiqtisadi vəziyyətə, eləcə də həm regionun, həm də Azərbaycanın iqtisadiyyatının meyllərinə də öz təsirini göstərməyə başlayacaq.

İqtisadiyyatımızı yeni çağırışlara hər cəhətdən cavab verə bilmə baxımından, daha dayanıqlı, rəqabətqabiliyyətli, innovasiyalı, kreativ və səmərəli meyarlar əsasında qurmaqdan ötrü iki mühüm proqram hazırlanmalıdır. Birincisi, Modern Azərbaycan iqtisadi modelini reallaşdırmaq üçün “Post-konflikt dövrünün yeniləşmiş Azərbaycanı Proqramı”dır. Yaşadığımız çox gərgin, mürəkkəb və koronavirus pandemiyasının fəsadlarından qaynaqlanan qeyri-müəyyənliklərlə zəngin mərhələdə yeni çağırışlara dolğun cavab vermək çox vacibdir. Həm müharibədən, həm də buna paralel olaraq pandemiyadan sonra iqtisadiyyatın real, maliyyə, sosial sferalarında qarşıda duran problemlərin həllini sürətləndirməliyik. Sürətli artıma təsir imkаnlаrı tükənmiş neft amilinin аpаrıcı rоlunа əsаslаnаn mоdеldən ölkənin davamlı inkiafına və regionların tərəqqisinə daha çox təminat yaradan iqtisadi inkişaf modelinə-«üç amil» prinsipinə əsаslаnаn Modern Azərbaycan  iqtisadi inkişaf modelinə keçməsi obyektiv tələbata çevrilib. Azərbaycanın «üç amil» prinsipinə əsаslаnаn Modern Azərbaycan iqtisadi inkişaf modelinə keçməsi dedikdə, insan kapitalından, zəngin resurs potensialından və əlverişli geosiyasi üstünlüklərdən yararlanmaqla inteqrasiya imkanlarından istifadənin səmərəliliyinin artırılması, innovasiyalı inkişaf modelinə keçid və bu əsasda Azərbaycanın rəqabət qabiliyyətinin və əhalinin həyat səviyyəsinin yüksəldilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bu mоdеlin nüvəsini insan amili təşkil etdiyindən, həyatımızın ictimаi-siyаsi, hüquqi, iqtisadi, sоsiаl, еkоlоji və digər tərəflərinə şamil оlunmаlı dəyərlər sistemi önə çəkilməlidir.

Bölgədə böyük iqtisadi layihələr icra olunacaq və bunun üçün böyük şəhərlərin baş planları tərtib edilməkdədir. İlk olaraq Ağdam şəhəri bərpa ediləcək. Müharibədən əvvəl bu şəhərdə təqribən 40 minə yaxın insan yaşayırdı. İndi əhalinin sayı artaraq 50 mindən çox olub. Odur ki, 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırılıb, infrastruktur yaradılmalıdır. Ondan sonra inzibati və yaşayış binaları, o cümlədən məktəblər, xəstəxanalar inşa edilməlidir. Bu, böyük bir zaman tələb edir. Azərbaycanın yarışacağı əsas tərəfmüqabili zamandır. Çünki vəsait var və bütün güclər də səfərbər edilib.

Azərbaycana maraq göstərən dost ölkələrə məxsus şirkətlər bərpa işlərinə cəlb olunacaq. Şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastrukturun, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib.  İşğaldan azad olunan ərazilərdə bərpa işləri yeni iqtisadi imkanlar yaradacaq. Görüləcək infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat mərkəzi açılacaq. Bu cür layihələr, ümumən, regionun geosiyasi statusunu dəyişdirəcək. Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoymağı nəzərdə tuturlar. Onlar da başa düşürlər ki, artıq hərbi əməliyyatların yenidən başlanması riski yoxdur. İrimiqyaslı layihələr böyük maliyyə vəsaiti tələb edir. Bütün kəndlərə asfalt salınacaq. 100 kilometrlərlə dəmir yolu çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr cari ilin sonuna qədər icra ediləcək. Həmçinin kənd təsərrüfatı və digər infrastruktur işləri də prioritetdir. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları tikiləcək.

Azərbaycan Dillər Universiteti

Fatimə Oruova

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki