İsrail HƏMAS terror qruplaşmasının lideri Ayman Yunisi məhv etdiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Jfranews yayıb.
Yerli KİV-lərin verdiyi məlumata görə, terrorçunun yaşadığı Nüsirat şəhərindəki evə hava zərbəsi endirilib. Zərbənin təsiri ilə bina tamamilə dağılıb və altında Yunis həyatını itirib.
HƏMAS liderinin və onun yeddi ailə üzvünün cansız cəsədləri artıq dağıntılar altından çıxarılıb.


























