image-8backend

İsrail koronavirusun yeni beşinci dalğasına hazırlaşır: yeni ştamm aşkarlandı

image-reklam_sirab_01

Koronavirusun yeni ştammının aşkar olunması ilə bağlı İsrailin Səhiyyə Nazirliyi epidemiyanın yeni beşinci dalğasına hazırlaşır. Bu barədə koronavirusla mübarizə üzrə koordinator, professor Salman Zarka bildirib.

Zarkanın sözlərinə görə, İsraildə epidemiyanın beşinci dalğası, çox güman ki, qış aylarına təsadüf edəcək. Professor qeyd edib ki, yeni ştamm mütəxəssisləri narahat edir. Yeni ştamm ilk dəfə Marokkoda qeydə alınıb, hazırda isə Avropaya da ayaq açıb. “Lakin yeni ştammın “delta” ştammından daha aqressiv və təhlükəli olduğunu deməyə əsasımız yoxdur”, – professor vurğulayıb.

İsrail Səhiyyə Nazirliyi hökuməti Avropada koronavirusun yeni dalğasına səbəb ola biləcək yeni ştammın yayılması barədə xəbərdarlıq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki