Bu gün İsrail ordusu İranın müxtəlif bölgələrində həyata keçirilən əməliyyat zamanı SEPAH qüvvələrinə məxsus mobil buraxılış qurğularının və ballistik raketlərin zərbə ilə məhv edildiyini açıqlayıb.
İsrail tərəfinin məlumatına görə, raketlər hədəfə göndərilməzdən əvvəl aşkar edilib və hava zərbələri ilə zərərsizləşdirilib. Əməliyyatın İranın müxtəlif bölgələrində yerləşən raket mövqelərini hədəf aldığı bildirilir.


























