image-reklam-veteninfo
image-1backend

İsrailin keçmiş baş naziri: İran Venesueladakı hadisələrdən dərs götürməlidir  

image-reklam-veteninfo

İsrailin sabiq baş naziri və ölkənin əsas müxalifət lideri Yair Lapid ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra İran hakimiyyətinə müraciət edib.

Vətəninfo.az xəbər verir ki, Lapid bildirib ki, Tehran Venesuelada baş verən prosesləri diqqətlə izləməlidir. Onun sözlərinə görə, ABŞ-ın bu addımları beynəlxalq siyasətdə yeni mərhələnin başlanğıcı ola bilər və bu, Vaşinqtonla qarşıdurmada olan digər ölkələr üçün də mühüm siqnal xarakteri daşıyır.

İsrail müxalifət lideri Venesueladakı hadisələrin regiondan kənarda yerləşən dövlətlər üçün də ciddi nəticələr doğura biləcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın Venesuellaya qarşı son hərbi addımları beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olub və bir sıra siyasi liderlər bu prosesləri qlobal təhlükəsizlik baxımından qiymətləndirirlər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki