image-47backend

İstanbul prokurorluğu Bayram Məmmədovun ölümü ilə bağlı təhqiqatı tamamladı

image-reklam_sirab_01

İstanbulun Anadolu rayon prokurorluğu azərbaycanlı müxalif fəal Bayram Məmmədovun 2021-ci il mayın 2-də dənizə düşərək boğulması işi üzrə təhqiqatı tamamlayıb. Və onun suda boğulduğu qənaətinə gəlib,  cinayət işinin qaldırılması üçün dəlillər, əsas olmadığından fakt üzrə cinayət işinin qaldırılmamasına qərar verib.

 

virtualaz.org xəbər verir ki, bu haqda Türkiyədə fəaliyyət göstərən Çağdaş Hüquqşünaslar Dərnəyinin (ÇHD) İstanbul Şöbəsinin yaydığı açıqlamada bildirilir. Qeyd edilir ki, anarxist Bayram Məmmədovunun ölümünün onun yaxınları və dostları tərəfindən “şübhəli” hesab edildiyini nəzərə alaraq ÇHD İstanbul Şöbəsi İstanbulun Anadolu rayon prokurorluğuna ərizə ilə müraciət edərək işin araşdırılmasını xahiş etmişdi.

Bayram Məmmədov yaşadığı evdən 2021-ci il mayın 2-də çıxıb və geri qayıtmayıb. Dostları onun axtarışına başlayıb və 2 gün sonra B.Məmmədovun Kadıköy sahillərində dənizə düşərək öldüyü, meyitinin İstanbul Ədliyyəsinin morqunda olduğu məlum olub.

 

ÇHD İstanbul Şöbəsinin müraciəti əsasında İstanbul Anadolu Cümhuriyyət Baş prokurorluğu Bayram Məmmədovun ölümü ilə bağlı təhqiqat başladıb. İndi prokurorluqdan təşkilatın müraciətinə rəsmi cavab göndərilib və orada bildirilir ki, məhkəmə-tibb ekspertizasının 29.11.2021-ci il tarixli rəyi əsasında Bayram Məmmədovun suda boğulma nəticəsində həyatını itirdiyi dəyərləndirilib. Cinayət işinin başlanması üçün dəlil-sübutlar tapılmadığından prokurorluq tərəfindən həmin məhkəmə-tibb ekspertizası rəyi əsasında 7 dekabr 2021-ci il tarixində təhqiqata xitam verilməsi qərara alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image