image-reklam-veteninfo
image-1backend

İstanbulda mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat: 23 nəfər saxlanılıb

image-reklam-veteninfo

Türkiyənin İstanbul şəhərində mütəşəkkil cinayətkar dəstəyə qarşı keçirilən polis əməliyyatı zamanı 23 şübhəli saxlanılıb.

Vətəninfo.az xəbər verir ki, əməliyyat İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat şöbələrinin Küçükçekmece Baş Prokurorluğu ilə koordinasiyalı şəkildə apardığı araşdırmalar nəticəsində həyata keçirilib.

İstintaq zamanı cinayətkar təşkilatın dörd ayrı hədə-qorxu və adam oğurluğu hadisəsində iştirak etdiyi müəyyən edilib.

Şübhəlilərin tutulması məqsədilə İstanbulun 36 fərqli ünvanında eyni vaxtda əməliyyat keçirilib. Nəticədə 23 nəfər saxlanılaraq polis idarəsinə aparılıb.

Əməliyyat zamanı 7 tapança, 1 ov tüfəngi, 20 qram narkotik vasitə, dəqiq tərəzi, 4 gülləkeçirməz jilet və çoxsaylı patronlar müsadirə edilib.

Saxlanılan şəxslərin polis bölməsində dindirilmələri davam etdirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki