image-photo-2021-10-18-10-31-00backend

İtaliya-Azərbaycan əməkdaşlığı Qarabağda

image-reklam_sirab_01

Əzəli torpaqlarımız düşmın işğalından azad olunduqdan sonra dərhal yenidənquruculuq işlərinə başlanıldı.Bu işlərdə əsas yer isə məhz “Böyük Qayıdış”planının həyata keçirilməsində beynəlxalq əməkdaşlığın qurulması idi.Türkiyə,Macarıstan,İtaliya şirkətlərinin investor kimi bu layihəyə cəlb olunması xüsusi əhəmiyyət kəsb edir.Hal-hazırda cari il üçün üçün,1,5 milyard ABŞ dolları vəsait ayrılıb.İlk iş,bu ərazilərin minalardan təmizlənməsi,elektrik enerjisi ilə bərpa olunması oldu.
Bu əməkdaşlıq çərçivəsində İtaliya ilə əməkdaşlıq xüsusi yer tutur.İki ölkə arasındakı diplomatik əlaqələr hələ 1992-ci ilin may ayının 8-də qurulmuşdur.1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilmişdir.Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.Ölkələr arasında ticarət əməkdaşlığı iqtisadi münasibətlərin əsas istiqamətlərindəndir.Qarşılıqlı ticarət dövriyyəsi 6 mlrd ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir.Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həçmində investisiya yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir.Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də,son illərdə əsasən qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub.Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir.
Ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı sahəsində İtaliya iş adamları ilə əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə 22 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin birgə təşkilatçılığı ilə video-formatda görüş təşkil edilmişdir.Daha sonra, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dəvəti ilə görüşdə iştirak edən bir sıra dövlət təşkilatının və iş adamlarını təmsil edən assosiasiyalarının təmsilçiləri çıxış edərək fəaliyyətləri barədə məlumat vermişdir.Bu görüşdə həmçinin “ICE” – İtaliya Ticarət Agentliyinin, “OICE” – İtaliyanın memarlıq, mühəndislik və texniki-itisadi konsaltinq şirkətləri assosiasiyasının, “Assorestauro” – İtaliyanın memarlıq, incəsənət, restavrasiya və şəhər bərpası üzrə assosiasiyasının, “Confindustria” – İtaliyanın sənaye və xidmət şirkətləri assosiasiyasının, “SACE” – İtaliya İxrac-Kredit Agentliyinin, “ANCE” – İtaliyanın Milli İnşaatçılar Assosiasiyasının və “Elettricita Futura” – İtaliyanın elektrik enerjisi şirkətləri assosiasiyasının nümayəndələri də iştirak etmiş,mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur.
Hal-hazırda Qarabağda İtaliya şirkətləri ilə energetika infrastrukturunun bərpası, şəhərsalma,ərazilərin minalardan təmizləməsi,tarixi abidələrin bərpası,turizm,kənd təsərrüfatı sahələrində mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulub.Bu qədər çox sahə üzrə əməkdaşlığın qurulması çox müsbət və təqdirəlayiq addımdır. Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində bu əməkdaşlıq barədə belə qeyd edib: “Azərbaycan Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edib. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir”.Bu əməkdaşlıq iki ölkə arasındakı dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayacaq.Artıq bu şirkətlərin nümayəndələri iş prosesində əyani şəkildə həqiqətlərlə bir daha tanış olacaq.Bu füsunkar təbiətdə çalışmaqdan zövq alacaqlarına isə şübhə yoxdur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantı,
İsmayılova Ayşən İbrahim qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image