image-42backend

Jurnalistlər MTN generalının məhkəməsinə buraxılmalıdır

image-reklam_sirab_01

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş rəisi, ötən ilin dekabrında həbs edilən general Nizami Şirinov və onun tabeçiliyindəki şöbələrin rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

virtualaz.org-un xəbərinə görə, məhkəmə prosesi açıq keçirilməsinə baxmayaraq media nümayəndələri iclas zalına buraxılmayıb.

Xəbər verildiyi kimi, Nizami Şirinov və iş üzrə digər fiqurantlar Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, ağırlaşdırıcı hallarda rüşvət alma, ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilirlər. Əslində Nizami Şirinovun əməlləri daha əvvəl-Eldar Mahmudovun bandasının ləğv edilməsindən sonra ortaya çıxmışdı. Məlum olmuşdu ki, vəzifəsi xarici ölkələrin casuslarını aşkarlamaq və hərbi strukturlarda əks-kəşfiyyat fəaliyyəti aparmaqdan ibarət olan idarə və onun rəisi əslində hədə-qorxu, şantaj, təhdid yolu ilə milyonlarla dollar rüşvət yığmaqla, bu pulların bir qismini Mahmudovun kassasına verib qalanını biznesə yatırmaqla məşğul olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki