image-reklam-veteninfo
image-1backend

Kadırov çeçenləri Ukrayna müharibəsinə göndərməklə hədələyir

image-reklam-veteninfo

Çeçenistan rəhbəri Rusiyanın digər regionlarında yaşayan çeçen əsilli şəxsləri hakimiyyətin narazılığına səbəb olacaq davranışlarına görə cəbhəyə göndərməklə hədələyib.

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın müxtəlif regionlarında yaşayan çeçen əsilli şəxslərə qarşı sərt xəbərdarlıq edib. O, davranışları hakimiyyətdə narazılıq yaradacaq şəxslərin Ukraynada müharibə zonasına göndərilə biləcəyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Kadırov noyabrın 10-da Rusiya Dövlət Dumasının çeçenistanlı deputatı Adam Delimxanovla görüşündə bu məsələyə toxunub.

O, Rusiyanın müxtəlif regionlarında yaşayan çeçen əsilli şəxslərə nəzarətin vacibliyini vurğulayaraq, “davranışları əsaslı narazılıq doğuran” şəxslərə “xüsusi hərbi əməliyyat zonasında özlərini göstərmək imkanı” veriləcəyini deyib.

Qeyd edək ki, Rusiya hakimiyyəti Ukraynaya qarşı müharibəni rəsmən “xüsusi hərbi əməliyyat” adlandırır.

Kadırov çıxışında ölkə daxilində sabitliyi pozmağa çalışan “bədxah qüvvələr”dən də danışıb. Onun iddiasına görə, bəzi qüvvələr internet vasitəsilə gənclərə təsir göstərərək onları qanunsuz hərəkətlərə təhrik edirlər. Çeçenistan rəhbəri gənclərlə işin gücləndirilməsini və onları “düzgün yoldan azdırmağa çalışanlara” qarşı mübarizənin sərtləşdirilməsini tapşırıb.

Hüquq müdafiəçiləri və müxalif fəallar isə bundan əvvəl də Çeçenistanda yerli sakinlərin, Kadırovun tənqidçilərinin və onların yaxınlarının məcburi şəkildə Ukrayna müharibəsinə göndərildiyini dəfələrlə bəyan ediblər.

Məlumata görə, 2023-cü ildə İçkeriya hökumətinin başçısı Əhməd Zakayevin qardaşı oğlu Çeçenistandan Ukraynadakı müharibəyə göndərilib. Həmin il Kadırovun tənqidçiləri kimi tanınan Yanqulbayev qardaşlarının dörd qohumunun da məcburi şəkildə cəbhəyə yollandığı bildirilir.

Müxalif fəalların iddialarına görə, Çeçenistanda təhlükəsizlik qüvvələri tərəfindən sakinlərin qaçırılması halları davam edir. Onların arasında artıq həyatını itirənlərin olduğu da qeyd edilir.

Bundan başqa, müharibəyə göndərildikdən sonra “Axmat” bölməsində özündən pul tələb olunmasından şikayət edən keçmiş müxalif bloqerin də qaçırılan şəxslər arasında ola biləcəyi ehtimal edilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki