image-45backend

Keçmiş polis əməkdaşının işi də məhkəməyə göndərildi

image-reklam_sirab_01

Bir milyondan artıq dələduzluqda ittiham olunan Elvin Həşimlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. virtualaz.org-un xəbərinə görə, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azad Məcidovun icraatındadır.

Qeyd edək ki, sabiq polis əməkdaşı olan E.Həşimli 1 milyon dollardan çox dələduzluqda təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.4-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. İş üzrə zərərçəkmiş şəxs qismində Möhkəm Səmədov tanınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki