image-photo-2021-11-21-21-16-45-4backend

Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır..

image-reklam_sirab_01

Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”. Və o gün bu gündür ki, bizim doğma diyarımız Kəlbəcərin azad olunmasından 1 il ötür. Qürurverici andır. Müzəffər Ali Baş Komandanın Kəlbəcərə qədəm basması bütün kəlbəcərlilər kimi, mənim də qəlbimi qürur hissi ilə doldurdu. Azərbaycan xalqı Bayılda, Bayraq meydanında Dövlət bayrağımızın 162 metr hündürlükdə dalğalanması ilə fəxr edib. İndi, görün, Prezidenti­miz dəniz səviyyəsindən 3260 metr hündürlükdə– Kəlbəcərdə bayrağımı­zı dalğalandırdı. Bundan şərəfli nə ola bilər ki!..Dövlət başçımızın:“Yolumuz Kəlbəcərədir, işğaldan azad edil­miş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq. Amma hələlik biz bu yoldan istifadə edirik və bu gözəl mənzərələr də göz oxşayır. Kəlbəcərin mənzərələri indi daha da gözəldir. İndi yolumuza davam edirik. Bu aşırımın hündür hissəsində da­yanaraq bir daha Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm”. Prezidentimiz Kəlbəcərə səfəri zamanı bu diyarın təbii gözəlliklərindən, sərvətlərindən, dərdlərə dərman sularından danışdı. İstisuya səfəri zamanı dedi: “Kəlbəcər faydalı qazıntı yataqları, səfalı təbiəti ilə yanaşı, İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə də məşhurdur. Erməni vandalları ərazilərimizi işğal etdikdən sonra oradakı təbii ehtiyatla­rı da istismar ediblər. İndi “İstisu”ya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran vəzifələrdəndir. Dövlət başçımız onu da bildirdi ki, Kəlbəcərin bərpasına artıq start ve­rilmişdir. Yollar çəkilir, tunellər tikilir, heyvandarlar və arıçılar doğma tor­pağa qayıdırlar. Mən təhsil işçisiyəm və yaxşı bilirəm ki, Kəlbəcərdə dağıdılmış məktəblərimiz bərpa olunacaq, yeni təhsil ocaqları, uşaq bağçaları inşa ediləcək. Azərbaycanın müxtəlif bölğələrində məskunlaşmış Kəlbəcər məktəbləri yenidən öz əvvəki məskənlərinə qayıdacaq. Kəlbəcərin işğal olunmasından bəhs edən cənab İlham Əliyev qeyd etdi ki,  “Kəlbəcər 1993-cü il aprel ayının əvvəlində işğal altına düşmüşdür və bunun da günahkarı AXC-Müsavat  hakimiyyətidir. Kəlbəcərin işğala məruz qalması satqın AXC-Müsavat hakimiyyətinin əməlləridir. İndi bir çoxları bunu unudur. Gənc nəsil isə bundan xəbərsizdir. O dövr bizim milli faciəmiz, milli rəzalət dövrü idi. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan xalqı ölümün gözünə dik baxaraq xəyalımızdakı, yuxu­larımızdakı cənnət Kəlbəcəri öz sahiblərinə qaytardı. Kəlbəcərdə səfərdə olarkən Prezident İlham Əliyev bir çox vacib məsələlərə də toxundu. Bildirdi ki, həmin ərazilərin adları sonradan dəyişdirilib, erməni adları verilib. Ermənilərin “Vardenis” adlandırdığı rayon əslində qədim Azərbaycan torpağı Basarkeçərdir. Dövlət baş­çısı daha sonra vurğuladı ki, indiki Ermənistan ərazisində qalan torpaq­larımızı, yurd yerlərmizi əsl adı ilə adlandırmalıyıq.Təkcə Qarabağımızı deyil, dilimizi də işğaldan azad elədik. Vaqifə, Natəvana, Dədə Ələsgərə, Dədə Şəmşirə, ümumən Dədə Qorquda təzədən qayıtdıq. Əminliklə demək istəyirəm ki, tezliklə Kəlbəcər rayonu­nun Şaplar kəndindəki məhləmizdə ermənilər tərəfindən dağıdılmış və yandırılmış evimizi, hətta ən ali qona­ğı qəbul edəcək səviyyədə,inşallah, öz əlimlə bərpa edəcəyəm. Sərkərdə kimi qalib, Prezident kimi ölkəsini inkişaf etmiş dövlətlər sırasına çıxaran, övlad kimi ata vəsiyyətini şərəflə yerinə yetirən İlham Əliyev ailə başçısı kimi də bütün gənclərə gözəl bir örnəkdir. Eyni zamanda, çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadınının bütün müsbət keyfiyyətlərini özündə cəmləşdirən Mehriban xanım həm gözəl həyat yoldaşı, həm də sədaqətli silahdaş kimi daim qürurla, fəxrlə cənab İlham Əliyevin yanındadır. İlham Əliyevlə Mehriban xanımın Kəlbəcərdəki səmimi görüntüləri, gözlərindəki sevinc işığı insana xoş duyğular bəxş etdi.

Fəridə Rəhimova- Azərbaycan Dövlət İqtisad Universiteti

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki