image-img-20221123-wa0047backend

Kəlbəcərlilər səbirsizliklə doğma yurda qayıdışı gözləyirlər

image-reklam_sirab_01

Azərbaycanın qədim tarixə və gözəl təbiətə malik yaşayış məskənlərindən biri olan Kəlbəcər rayonu ərazisindədə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.Eyni zamanda bu ərazilərdə 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri,5 min il yaşı olan qaya təsvirləri,çop şəkilli qədim turk əlifbası nümunələri aşkar edilib.”Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir.
Kəlbəcərdə “Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngin olan bu qəbristanlıqlar bir daha bu ərazilərdə qədim türk tayfalarınin yaşadığını sübut edir.
Azərbaycanımızın dilbər guşələrindən olan bu rayonumuz 1993-cü ildə 10 gündən çox gedən gərgin döyüşlərdə düşmən tərəfindən işğal edildi. əsgərlərimiz özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki verdi və mühasirədə olan 60 min Kəlbəcərlinin təxliyyəsinə nail oldular.
BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda 822 saylı Qətnamə qəbul etdi.Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin işğalçı Ermənstan dövləti digər Qətanmələr kimi bu qətnamənin də icrasını təmin etmədi.
27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun bir birinin ardınca işğal altında olan rayonlarimızı azad etməsi Ermənstanı cıxılmaz vəziyyətdə qoydu və 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən noyabrın 25-də Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldaraq rayonu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
Bu gün işğaldan azad olunmuş digər rayonlarımız kimi Kəlbəcərdə də abadlıq, quruculu işlərinə, böyük infrastruktur layihələrinə start verilib. İndi 30 ilə yaxın bir müddətdə köçkünlük həyatı yaşıyan 10 minlərlə Kəlbəcərli oz döğma ata-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Könül Əfəndiyeva – YAP üzvü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image