Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Vətəninfo.az xəbər verir ki, mətndə deyilir:
“Zati-aliləri,
Möhtərəm İlham Heydər oğlu,
Şəxsi həyatınızda əlamətdar gün – 60 illik yubileyiniz münasibətilə təbriklərimi qəbul edin.
Siz Azərbaycan Prezidenti vəzifəsində illər boyu səylə çalışaraq Qafqaz regionunda ictimai həmrəyliyin möhkəmlənməsinə sanballı töhfə verirsiniz. Sevindirici haldır ki, topladığınız qiymətli təcrübə respublikanızın xalqları üçün layiqli həyat şəraiti yaradılmasına və onların ahəngdar yaşayışına kömək edən mühüm strateji qərarlar qəbul etməyinizə imkan verir.
Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası ilə xoş qarşılıqlı münasibətə, həmçinin Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin Qarabağda sülhün bərqərar olmasına yönəlmiş birgə səylərinə göstərdiyiniz diqqətə görə Sizə minnətdaram.
Sizə möhkəm cansağlığı, firavanlıq və ali vəzifənizdə Tanrının bundan sonra da yardımçı olmasını arzu edirəm”.