image-34backend

Kişi sürücülər ən çox bu qaydanı pozur – RƏSMİ

image-reklam_sirab_01

“Sürücülər ən çox dayanma-durma tələblərini və təhlükəsizlik kəmərlərindən istifadə qaydalarını pozurlar”.

Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Baş Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

V.Əsədov qeyd edib ki, xanımlar təhlükəsizlik kəmərindən istifadədə diqqətlidirlər:

 

“Tərtib edilmiş protokollara nəzərə salanda görürük ki, təhlükəsizlik kəmərindən istifadə etməyən kişi sürücülər üstünlük təşkil edir. Dayanma-durma tələblərinin pozulmasında isə kişilər və qadınlar arasında say nisbəti eynidir”.

 

Bölmə rəisi sürücülərin kateqoriyalara bölünməsinə qarşı olduğunu vurğulayıb:

 

“Ümumiyyətlə, sürücülərin kateqoriyaya bölünməsinin vətəndaş, sürücü və polis olaraq əleyhinəyəm. Çünki qanunvericiliklə qiymətləndirəndə sükan arxasında olan hər kəs sürücü hesab edilir. Bilərəkdən və ya bilmədən törədilən xəta inzibati xəta hesab edilir və kimliyindən asılı olmayaraq xəta törədən şəxs məsuliyyətə cəlb olunur. Yəni, sükan arxasında olan qadın, kişi tələblərə uyğun hərəkət etməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki